close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Milli kino günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

03-08-2023

       Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur.

      Azərbaycan kinosunun yaranma tarixi XIX əsrin son illərinə təsadüf edir. 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etdi. Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.

      XX əsrin əvvələrində bir sıra xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul oldular.

      İstər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan kino sənayesi öz inkişaf dövrünü yaşadı.

      Müstəqillik əldə etdikdən sonra  Ümummilli lider Heydər Əliyev digər mədəniyyət sahələrinə olduğu kimi bu sahəyə də xüsusi diqqət ayırdı. Belə ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqust ayının 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

       Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ Milli kino günü” adlı virtual sərgi hazırlanıb.

       Virtual sərgidə Azərbaycan Kinosunun tarixini əks etdirən rəsmi sənədlər, görkəmli şəxslərin kino tariximiz haqqında olan fikirləri, fotolar, Azərbaycan kinosunun tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

          Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilər.