30-01-2015
Mədəniyyət və Turizm Nazirliyi müntəzəm olaraq cəmiyyətin sənəd-infomasiya tələbatını, o cümlədən ədəbiyyata olan tələbatının daha dolğun və müfəssəl şəkildə ödənilməsi və bu sahədə informasiya və kommunikasiya texnologiyalarındən istifadə edilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Bu səhədə əhəmiyyətli addımlardan biri də pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif kitabxana sistemlərnin vahid sturukturda birləşdirilməsi və tabeçilikdə olan bütün kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (www.cls.az) yaradılmasıdır.
Oxucularla münasibətləri sadələşdirən və digər mərkəzləşdirilmiş kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən portalda məlumatlarm yerləşdirilməsi, yenilənməsi və etektron mubadilə sisteminin digər funksiyaları ilə kitabxana əməkdaşlarını yaxından tanış etmək məqsədi ilə yanvar ayının 21-dən 23-dək və 25-dən 28-dək Milli Kitabxanada treninqlər keçirilmişdir.
Milli Kitabxana Mədəniyyət və Turzm Nazirliyi ilə birgə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işləyib hazırlamışdır. ULTRA şirkəti bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanmış, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işləmişdir. Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standard və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir. Birgə layihə olan ALİSA sistemi Milli Kitabxana tərəfindən rayon MKS-lərinə tətbiq olunacaq. Proqram Komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir. Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında “Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi” üzrə avadanlıqların tətbiqi və proqram təminatının yaradılması işləri həyata keçirilmiş, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi və qorunması üçün ekranlaşdırılmış server otağı (“DATA” Mərkəz) yaradılmışdır.
İki mərhələdə keçirilən treninqlərdə respublikanın 64 rayon və 9 Bakı şəhər MKS- i əhatə olunmaqla 100-ə qədər mütəxəssis iştirak etmişdir. Treninqləri Milli Kitabxananın və ULTRA şirkətinin mütəxəssisləri aparırdı.
Treninqlərdə mütəxəssislərə kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılması və portala materialların ötürülməsi yolları, e-maillərin açılması və b. məsələlər izah edilmişdir.
Treninqin yekununda Azərbaycan Milli Kitabxanasının direkltoru prof. Kərim Tahirov çıxış edərək müdavimlərə uğurlar, müvəffəqiyyət arzulamış, treninqlərin nəticəsi kimi dərhal portala materialların ötürülməsini tövsiyyə etmişdir. O bu portalın üstünlüklərini bir daha önə çəkmiş, portalda mövcud olan kitabların biblioqrafik yazısının mübadiləsinin mümkünlüyündən danışmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov milli avtomatlaşdırılmış sistem olan ALİSA-nın üstünlüklərini bir daha önə çəkmişdir. Əvvəllər İRBİS proqramı ilə işləyən bölgələrimiz artıq sınaqdan çıxmış ALİSA proqramı ilə işləyəcəklərini bildirmişdir. Biblioqrafik yazılar Milli Kitabxanada redaktə olunub sistemə daxil ediləcəkdir. Qabil müəllim sistemə keçidin həm vaxt, həm də maddi itkinin qarşısını alacağını bildirmişdir.