close
icon E-kataloq və kitabxana

May ayının 3-də Latviya Respublikasının Azərbaycandakı səfiri cənab Yuris Maklakovs və səfiriliyin əməkdaşı Eva Majore Milli Kitabxanada olmuşlar.

03-05-2016

May ayının 3-də Latviya Respublikasının Azərbaycandakı səfiri cənab Yuris Maklakovs  və səfiriliyin əməkdaşı Eva Majore Milli Kitabxanada olmuşlar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul etmişdir.

Görüş zamanı iki ölkənin milli kitabxanaları arasında sıx əlaqələrdən, kitab mübadiləsindən danışılmış və  cənab səfir Azərbaycan Milli Kitabxanasında  yeni iş növləri, avtomatlaşdırma prosesləri, keçirilən kütləvi tədbirlərlə maraqlanmışdır. 

Görüşdə cari ilin sentyabr ayında Azərbaycan Milli Kitabxanasında Latviyaya aid kitab, foto və incəsənət əsərlərindən ibarət sərginin təşkil edilməsi qərara alınmışdır.

K.Tahirov “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” , “ Azərbaycan xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan ədəbiyyatı” (ingilis dillərində) kitablarını qonaqlara təqdim etmişdir.