close
icon E-kataloq və kitabxana

May ayının 08-də Milli Kitabxanada “Ulu öndər Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda elmi konfrans keçirilmişdir

08-05-2015

May ayının 08-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, A.A.Bakıxanov adına Tarix İnstitutu və Milli Kitabxananın birgə təşkil etdiyi “Ulu öndər Heydər Əliyev irsinin tədqiqi məsələləri” mövzusunda elmi konfrans keçirilmişdir. 

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq konfrans iştirakçılarını salamlamışdır. Sonra giriş üçün söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verilmişdir. Vaqif müəllim Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa olunmasında, bütün sahələrdə gedən quruculuq işlərində Azərbaycanın bugünkü səviyyəyə gəlib çatmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etmiş, qeyd etmişdir ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. O, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoyduğunu, Heydər Əliyevin apardığı daxili siyasətin Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olduğunu, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdiyi, Azərbaycançılıq məfkurəsinin yaradıcısı kimi ulu öndər Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına nail olması vurğulamışdır. 

Kərim Tahirov “Milli Kitabxananın inkişafının Heydər Əliyev mərhələsi”,  A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov “Heydər Əliyev: dünya tarixinin azərbaycanlı dahisi”,

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Heydər Əliyev irsinin təbliğində Milli Kitabxananın rolu”, A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov “Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda Heydər Əliyev irsinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar və bunun nəticələri”, Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva “Heydər Əliyev və kitabxana işi”, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Heydər Əliyevin neft strategiyası”, Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynova “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” mövzusunda çıxışlar etmişlər, Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova “Heydər Əliyev.Mədəniyyətimizin hamisi” adlı elektron məlumat bazasını  təqdim etmişdir.

Sonda tədbir iştirakçıları “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti-Heydər Əliyev” adlı geniş kitab sərgisiylə tanış olmuşlar.