close
icon E-kataloq və kitabxana

May ayının 05-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı geniş kitab sərgisi açılmışdır.

05-05-2017

May ayının 05-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə   Milli Kitabxanada   “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı geniş kitab sərgisi açılmışdır.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, ulu öndərin həyat yoluna nəzər salmış, müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən danışmışdır. Respublikanın tənəzzülə uğradığı bir vaxtda hakimiyyətə gələn dahi şəxsiyyətin dövlətçilik təcrübəsindən, Heydər Əliyev cənablarının siyasətnin respubdyönlü silikada əsaslı dönüş yaratmasından, hakimiyyəti müddətində vaxt ayırıb 4 dəfə Milli Kitabxanaya səfər etməsindən, bu gün ümummilli liderin məqsəyasətinin davamçısı olan prezidentimiz cənab İlham Əliyevin müstəqil Azərbaycanı daha çiçəkləndirməsindən, bu istiqamətdə gördüyü işlərdən və s. danışmışdır.  
Çıxışçılar direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva  ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən danışmışlar.
Ümummilli lider Heydər Əliyev cənablarının həyat və yaradıcılığını, siyasi fəaliyyətini özündə əks etdirən, Azərbaycan və xarici dillərdə 200 adda ədəbiyyatı əhatə edən kitab sərgisi böyük maraqla qarşılanmışdır.