27-03-2017
Mart ayının 27-dən aprelin 02-dək Ankarada Türkiyə Milli Kitabxanasında “Yeni informasiya texnologiyaları və kitabxanalar” adlı 53-cü beynəlxalq kitabxana həftəsi keçirilir. Kitabxana həftəsində Azərbaycan Milli Kitabxanasını Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova təmsil edir.
Tədbirdə Bosniya və Herseqovina, Albaniya, Kosova, Fələstin, Özbəkistan, Türkmənistan, Qazaxıstan və b. ölkələrin milli kitabxanalarından nümayəndələr iştirak edir.
Tədbir İstiqlal marşı ilə açılmışdır, sonra Ankara şəhərinin vali yardımçısıtədbiri açıq elan edərək kitabxana həftəsinin məqsədlərindən danışmışdır. Mədəniyyət və Turizm Naziri Nabi Avcı tədbir iştirakçılarını salamlayaraq 53-cü beynəlxalq kitabxana həftəsinin işinə uğurlar arzulamış, Türkiyədə kitabxana işinin vəziyyətindən, kitab çapından danışmışdır. Çıxışının sonunda nazir fərqli oxucuları, habelə ilin ən çox kitab oxuyanlarını mükafatlandırmışdır.
Paneldə Azərbaycan Milli Kitabxansının direktor müavini Ədibə İsmayılova “Yeni informasiya texnologiyalarının milli kitabxanalara tətbiqi” mövzusunda çıxış etmiş, son illərdə milli kitabxanada tətbiq olunan yenilikləri nümayiş etdirmişdir.