03-12-2024
Azərbaycan Milli Kitabxanası tərəfindən 25 noyabr-03 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində olan 20 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər və Samux rayon, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhər və Masallı rayon, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Ağsu və İsmayıllı, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə və Tərtər, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir və Tovuz, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar və Siyəzən, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar və Zərdab, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı və Sabirabad, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qəbələ və Oğuz, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Şirvan və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində Koha AKİS ilə iş prosesinin həyata keçirilməsi üçün lazım olan mövcud avadanlıqların texniki göstəriciləri nəzərdən keçirilib, əməliyyatlar zamanı yaranan problemlər müzakirə edilib, onların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib, ehtiyac olan kitabxanalarda əməkdaşlar sistemin modulları üzrə təkrar təlimatlandırılıb.