21-12-2024
21 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən dəvət edilən Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Tekniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olub, sualları cavablandırıb və tövsiyələrini veriblər.