23-11-2015
Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük treninqlərin təşkil edilir.
Bu gün noyabr ayının 23-də növbəti, sonuncu treninq öz işinə başlamışdır. Treninqdə Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı MARC 21 formatını öyrənəcək, yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirmişdir.