26-10-2015
Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük treninqlərin təşkili davam edir.
Bu gün oktyabr ayının 26-da növbəti treninq öz işinə başlamışdır. Treninqdə Sumqayıt şəhər, Abşeron, Ağsu, Cəlilabad, Masallı, Göyçay, Kəlbəcər, Şuşa, Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı MARC 21 formatını öyrənəcək, yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirmişdir.