12-10-2015
Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük treninqlər təşkil olunur.
Növbəti treninq bu gün oktyabr ayının 12-də öz işinə işə başlamışdır. Treninqdə Yevlax, Füzuli, Tərtər, Xocavənd, Laçın, Ağdam rayon MKS-lərinin və Respublika Gözdən Əlillər Kitabxanasının mütəxəssisləri iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı MARC 21 formatını öyrənəcək, yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirmişdir.