close
icon E-kataloq və kitabxana

“Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda treninq yekunlaşdırılmışdır.

27-10-2017

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin ikinci yarısı üçün iş planının 3.10-cu bəndində şəhər (rayon) MKS-lərinin mütəxəssislərinin informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində 25-27 oktyabr 2017-ci il tarixlərində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda treninq yekunlaşdırılmışdır.

Yekun olaraq  treninq iştirakçılarına Milli Kitabxananın müdiriyyəti tərəfindən sertifikat təqdim edimiş və onlara Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması işində uğurlar arzulanmışdır.