close
icon E-kataloq və kitabxana

“Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda növbəti treninq

14-11-2017

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin ikinci yarısı üçün iş planının 3.10-cu bəndində şəhər (rayon) MKS-lərinin mütəxəssislərinin informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Milli Kitabxanasında “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda növbəti treninqin açılışı olmuşdur. Treninqi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır.  Direktor “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda təşkil olunmuş treninqin vacibliyini, bu günün tələblərinə uygun olaraq kreativ layihələrin həyata kecirilməsinin əhəmiyyətli olduğunu şəhər (rayon) mərkəzi  kitabxanalarının əməkdaşlarının diqqətinə catdırmışdır. Milli Kitabxananın direktoru treninqin kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova tərəfindən keçiriləcəyini söyləmiş və direktor müavinini iştirakçılara  təqdim edərək onlara uğurlar arzulamışdır.

“Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda təşkil olunmuş treninqlər 14-16 noyabr 2017-ci il tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirililir. Treninqdə  Oğuz rayon Mərkəzi Kitabxanası, Salyan rayon Mərkəzi Kitabxanası, Şabran rayon Mərkəzi Kitabxanası, Masallı rayon Mərkəzi Kitabxanası, Gədəbəy rayon Mərkəzi Kitabxanası, Tərtər rayon Mərkəzi Kitabxanası, Lerik rayon Mərkəzi Kitabxanası, Şamaxı rayon Mərkəzi Kitabxanası əməkdaşları iştirak edirlər.