close
icon E-kataloq və kitabxana

“Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması”

25-10-2017

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin ikinci yarısı üçün iş planının 3.10-cu bəndində şəhər (rayon) MKS-lərinin mütəxəssislərinin informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Milli Kitabxanasında “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda treninqin açılışı olmuşdur. Treninqi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır.  Direktor “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda təşkil olunacaq treninqin zəruri olduğunu qeyd etmiş, kreativ layihələrin yerlərdə tətbiqini şəhər (rayon) mərkəzi  kitabxanalarının əməkdaşlarına tövsiyyə etmişdir. Milli Kitabxananın direktoru treninqin kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova tərəfindən keçiriləcəyini söyləmiş və direktor müavinini iştirakçılara  təqdim edərək onlara uğurlar arzulamışdır.

“Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda təşkil olunmuş treninqlər 25-27 oktyabr 2017-ci il tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirililir. Treninqdə  Yevlax şəhər Mərkəzi Kitabxanası, Balakən rayon Mərkəzi Kitabxanası, Ağsu rayon Mərkəzi Kitabxanası, Biləsuvar rayon Mərkəzi Kitabxanası, Cəbrayıl rayon Mərkəzi Kitabxanası, İmişli rayon Mərkəzi Kitabxanası, Qobustan rayon Mərkəzi Kitabxanası əməkdaşları iştirak edirlər.