close
icon E-kataloq və kitabxana

İtaliya Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turzim Nazirliyinin birgə Aİ Tvinninq “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm N

25-01-2017

Yanvar ayının 25-də İtaliya Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turzim Nazirliyinin birgə Aİ  Tvinninq “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Layihəsindən irəli gələn məsələlərin həlli məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil  Abbasov, İtaliyanın Florensiya Əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg, layihə üzrə RTA assistenti Səbinə Yadullayeva Milli Kitabxanada olmuşlar.

İtaliyalı qonaq informasiya texnologiyaları üzrə menecer Jurgen Assfalg mədəniyyət sektorunda rəqəmsallaşmanın vəziyyəti, mövcud proseslərlə maraqlanmışdır.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov kitabxananın 2000-ci ildə Virtua avtomatlaşdırılmış sistemə qoşulmasından, bütün kitabxana proseslərinin avtomatlaşdırılmasından, elektron kitabxana, elektron kataloqdan, virtual biblioqrafik xidmət imkanlarından danışdı.

Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında ULTRA şirkəti tərəfindən 2010-cu ildə tərtib olunmuş ALİSA proqramından danışan direktor, proqramın artıq 2 ildir Bakı şəhər kitabxanalarında və 30 rayon MKS-də tətbiq edildiyini, proqramın cari ilin sonunadək bütün rayon kitabxanalarında  işləyəcəyini, Milli Kitabxana respublikanın bütün kitabxanalar üçün metodik mərkəz olduğu üçün ALİSA-nın kitabxanalara tətbiqindən öncə kadrların Milli Kitabxanada treninq keçdiklərini, data mərkəzin Milli Kitabxanada yerləşdiyini və buradan idarə olunduğunu söylədi.

Proqramın imkanları ilə maraqlanan J.Assfalga ALİSA-nın dünya standartlarına cavab verən proqramlar əsasında yazıldığını, Virtua ilə sinxronlaşdırıldığını, kitabxanalarda əvvəllər mövcud olan İRBİS proqramında yazılmış bütün bazaların artıq ALİSA-ya inteqrasiya olunduğunu, hazırda proqram üzərində təkmilləşmə işlərinin aparıldığını, ALİSA-nın yaxın gələcəkdə çox mükəmməl proqrama çevriləcəyini bildirdilər.

İtaliyalı qonaq əyani şəkildə həm Milli Kitabxanada gedən atomatlaşdırılma prosesləri, Virtua proqramı, server otağı, həm də ALİSA proqramı ilə yaxından tanış oldu.  

Əvvəlcə Oxuculara qeydiyyat bölməsində qeydiyyatdan keçən qonağa oxucu kartı təqdim edildi, plastik kartı turniketə yaxınlaşdırıb  kitabxanaya daxil oldu, elektron kataloqda axtarış aparıb, müəyyən ədəbiyyatı  seçdikdən sonra kitab sifariş verildi, sifariş Kitab fondlarının mühafizəsi şöbəsində qəbul olundu və dərhal monitorda sifarişin qəbul olunması barədə məlumat əks olundu, daha sonra sifarişin cavabını əks etdirən monitorda kitabı hansı oxu zalında əldə edə biləcəyi barədə məlumat əks olundu.

Milli Kitabxananın Açıq kitabxana layihəsini çox bəyənən qonaq Rəy və təkliflər kitabına öz ürək sözlərini də yazdı.

Sonda Layihəyə əsasən J.Assfalg Milli Kitabxananın avtomatlaşdırılma proseslərinin daha da təkmilləşdirilməsi barədə təkliflərini təqdim edəcəyini bildirdi.

Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan” (ingilis dilində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitabları qonağa hədiyyə verildi.