03-11-2024
41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 3-də şəhərin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarət olunub.
Mərasimdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq yazıçısı Elçin, Türk Mədəniyyəti və İrsi Fondunun Aparat rəhbəri Fəxri Hacıyev, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yazarlarımız və naşirlərimiz iştirak ediblər.
Ulu öndərin abidəsi önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı abidəsi 2006-cı ildə ucaldılıb. Həmin ilin 12 iyul tarixində Prezident İlham Əliyevin iştirakı ilə abidənin açılışı keçirilib.
Xatırladaq ki, Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə 2-10 tarixlərində keçirilən İstanbul sərgisinin "fəxri qonaq ölkə"sidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.