close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “İslam dünyasının mədəniyyət paytaxtı – Şuşa”adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

05-08-2024

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında qəbul edilmiş qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir" deyiminin uzaqgörənliyində, Şuşa Ulu Öndər üçün təkcə yaşayış məkanı yox, azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu idi. Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən, əvvəlki simasını özünə qaytaran Mədəniyyət paytaxtımız 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülməsi onun tək bizim üçün deyil bütün islam aləmi üçün nə qədər böyük əhəmiyyətə malik olduğundan xəbər verir.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən“İslam dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı Elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Görkəmli şəxsiyyətlər Şuşa haqqında”, “Tarixi”, “Tarixi abidələr”, “İnzibatı quruluşu”, “Görkəmli şəxiyyətləri”, “Nəşrlər”, "Fotoqalereya", Videoqalereya" bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/IDMP-SHUSA/index.html linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya