30-10-2015
Oktyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə Milli Kitabxana tərəfindən “Bəxtiyar Vahabzadə-90” adlı geniş kitab sərgisi açılmışdır. “Əsərləri”, “ Redaktoru olduğu kitablar”, “Ön söz yazdığı kitablar”, “ Tərcümələri”, “ Tərtib etdiyi kitablar”, “ Sözlərinə yazılmış mahnılar”, “Haqqında” bölmələrdən ibarət olan sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.