25-11-2014
Azərbaycan Respublikasının respublika Dövlət mükafatı laureatı, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə noyabr ayının 25-də Ankarada Türkiyə Milli Kitabxanasında tədbir keçirilmişdir. TÜRKSOY, Azərbaycan Milli Kitabxanası və Türkiyə Milli Kitabxanasının birgə təşkil etdiyi tədbir əbibin bütün yaradıcılığını özündə əks etdirən kitab və fotosərgi ilə başlamış, konfrans ilə öz işinə yekun vurmuşdur. Tədbiri Türkiyə Milli Kitabxansnın direktoru Zülfi Toman açaraq tədbir iştirakçılarını salamladı. Çıxış edənlər TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və turizm nazirinin müavini Abdurəhman Arıcı, Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndirdilər.
Kitab və fotolardan ibarət sərginin qırmızı lenti TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi, Günay Əfəndiyeva tərəfindən kəsildi. Kitab sərgisində dramaturqun nəşr olunmuş əsərləri, seçilmiş əsərləri, onun haqqında və xarici dillərə tərcümə olunmuş əsərləri nümayiş olunmuşdur. Foto sərgisində ədibin bütün dram əsərlərindən şəkillər verilmişdir. İlyas Əfəndiyevin zəngin irsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Türkiyə Respublikası Xarici İşlər Naziri Mövlud Çavuşoğluna TÜRKSOY-un yubiley medalı təqdim olunmuşdur.
Konfrans zalında Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə konfrans öz işinə başlamışdır. Sonra İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən 14 dəqiqəlik film nümayiş olunmuşdur. Türkiyə Milli Kitabxansnın direktoru Zülfi Toman, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Dövlət mükafatı laureatı professor Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Ərzurum Atatürk Universiteti Öğretim Üyesi professor, doktor Adıgözəl Sedat, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Respublikasının Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amalya Pənahova, İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyev ədibin çətin həyatından və zəngin yaradıcılığından, insani keyfiyyətlərindən geniş söhbət açmış, onun ədəbiyyat məktəbi, teatr məktəbi yaratdığından, yaradıcılığının ayrı-ayrı istiqamətlərindən danışmışlar.
Azərbaycanın Xalq artıstı Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov müəllifin “Mənim günahım” əsərindən bir parça ifa etmişlər.
Sonda YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi Günay Əfəndiyeva ailəsi adından bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Günün ikinci yarıcında TÜRKSOY-un qərargahında cənab Düsen Kaseinov Azərbaycandan gəlmiş nümayəndə heyətini qəbul etmiş, İlyas Əfəndiyevin 100 illik yubiley təbirlərində iştirak etdiklərinə görə təşəkkürnamələr təqdim etmiş və medallarla təltif etmişdir.