close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Gender bərabərliyi” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

18-09-2024

Gender bərabərliyi dedikdə, ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişilərin və qadınların bərabərliyi başa düşülür. İstənilən bir dövlətin məqsədyönlü gender siyasəti var və bu siyasətin tərkib hissəsini də məhz qeyd olunan sahələrdə kişi və qadınlar arasındakı bərabərlik təşkil edir. İstər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi gender siyasətinin əsasını təşkil edir.

Dünyanın  ayrı-ayrı ölkələrində gender bərabərliyi, qadın və kişilər arasında bərabərlik eyni səviyyədə deyil. Amma bununla belə bütün dünyada gender bərabərliyi olduqca aktual məsələ hesab olunur. Hətta gender bərabərliyi məsələsi qlobal miqyasda nəzarət altındadır və diqqətdə  saxlanılır. Azərbaycanda da  qadın və kişilər arasında bərabərlik daim qorunur və bu məsələ xüsusilə diqqət mərkəzindədir. İstənilən sahədə qadın və kişilərin eyni hüquqlara malik olması məsələsinə ölkəmizdə həssas yanaşıldığı da sirr deyil. Belə ki,  Prezident İlham Əliyev tərəfindən Azərbaycanda da gender siyasəti uğurla həyata keçirilir. Məhz qadın və kişilərin hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması üçün ölkəmizdə hüquqi baza da mövcuddur. Buna görə də hər iki cinsin bərabərliyinin, gender bərabərliyinin təmin olunması üçün kifayət qədər imkanlar mövcuddur. Hal-hazırda Azərbaycan qadını istər dövlət idarəçiliyində, istər qeyri-dövlət sektorunda, istər təhsil sahəsində, istər tibb sahəsində, istər mədəniyyət sahəsində, istərsə də idman sahəsində çalışır. Ölkəmizdə qadın və kişilər arasında heç bir fərq qoyulmur

Milli Kitabxananın əməkdaşları tərəfindən “Gender bərabərliyi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə gender bərabərliyi, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda gender və bərabərlik hüququ, Azərbaycanda gender problemləri ilə əlaqəli kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Gender_beraberliyi/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya