Ekspozisiyanın açılışında Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirinin müavini Prof. Dr. Haluk Dursun iştirak etmişdir. Milli Kitabxananın direktoru Prof. Kərim Tahirov Azərbaycan nümayəndə heyəti və Azərbaycan ekspozisiyası ilə Haluk Dursunu tanış etmiş və ona “Qara Qarayev”, “Azərbaycan Xalq Cümhuriyyəti 100” və “Milli Kitabxana. Fotoalbom” kitablarını hədiyyə etmişdir.