23-12-2024
23 dekabr tarixində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin ümumi quruluşu, modulları, ayrı-ayrı bölmələri, eləcə də bütün iş funksiyalarının tətbiqi istiqamətində görülən işlərlə tanış olub, mövcud problemlər və onların həlli istiqamətində təkliflər irəli sürüblər.