27-02-2015
Azərbaycan Milli Kitabxansının Oxuculara xidmət üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və elmi katib Əminə Cəfərova fevral ayının 27-də Bakı Biznes Universitetində “Ali məktəblərdə elektron kitabxanaların təşkili və onlardan istifadə olunması istiqamətləri” mövzusunda keçirilən respublika elmi-praktiki konfransda iştirak etmişlər. Konfransı universitetin rektoru i.e.d., prof. İbad Abbasov açaraq tədbir iştirakçılarını salamlamış, konfransın işinə uğurlar arzulamış, konfransın məqsəd və mahiyyətindən bəhs etmişdir.
Konfransda həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutunun Kitabxanası, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Xəzər Universiteti və başqa ali təhsil müəssisələrindən nümayəndələr iştirak etmişdir. Ədibə İsmayılova “XXI əsrin informasiya məkanında oxuculara xidmət”, Əminə Cəfərova “Milli Kitabxananın saytı, elektron kitabxana və elektron məlumat bazaları” mövzusunda prezentasiya təqdim edərək Milli Kitabxananın son illərdə əldə etdiyi nailiyyətlərdən danışmış, avtomatlaşdırma, informasiya texnologiyalarının tətbiqi sahəsində iş təcrübəsini bölüşmüş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.