close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Eldar Hüseynovun “Позывные моей души” (“Ruhumun çağırışları”) kitabının təqdimat mərasimi keçirilib

25-07-2024

25 iyul tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Milli Kitabxananın təşkilatçılığı ilə Eldar Hüseynovun “Позывные моей души” (“Ruhumun çağırışları”) kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq Kitabxana - Sərbəst mütaliə bölməsinin” fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaratdığını bildirib. Eyni zamanda Açıq kitabxanada yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimlərinin, poeziya gecələrinin keçirildiyini vurğulayıb və bu gün təqdimat mərasimi keçirilən “Позывные моей души” (“Ruhumun çağırışları”) kitabının müəllifi  E.Hüseynovu təbrik edib, yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən “Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva “Ruhumun çağırışları” kitabı haqqında məlumat verərək poetik duyğuları ilə şeir dünyasının gözəlliyini oxuculara çatdıran Eldar Hüseynovun yaradıcılığında daha çox lirik şeirlərə və sonetlərə üstünlük verdiyini bildirib.

Təqdimat mərasimində iştirak edən Səidə Rəhimli, Yusif Hüseynov və müəllif Eldar Hüseynov “Позывные моей души” (“Ruhumun çağırışları”) kitabından şeirlər səsləndiriblər.

Sonda Yusif Hüseynov tədbirin təşkilində ev sahibliyi edən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə və  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

icon

Foto qalereya