close
icon E-kataloq və kitabxana

Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Milli Kitabxanada olub

18-10-2024

Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Çingiz Aytmatovun 100 illik yubileyi ilə əlaqədar “Aytmatov Ensiklopediyası” hazırlanması layihəsi çərçivəsində  “Aytmatov və Azərbaycan” mövzusunda  materialları əldə etmək üçün  Milli Kitabxananın qonağı olublar.

Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Milli Kitabxananın Nadir kitablar və Azərbaycan ədəbiyyatının arxivi fondundan istifadə edən əməkdaşlar görkəmli qırğız yazıçısı Çingiz Aytmatov haqqında Milli Kitabxananın fondunda mühafizə olunan materiallardan istifadə ediblər.

Qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Nizami Cəfərov” və “Bəxtiyar Vahabzadə” biblioqrafiya kitabları hədiyyə edilib.

icon

Foto qalereya