03-12-2024
3 dekabr tarixində “İFLA Sənəd Paylaşımı və Mübadiləsi” konfransının iştirakçısı olan Bolqarıstan Respublikası Kitabxanaşünaslıq və İnformasiya Texnologiyaları Universitetinin Kitabxanaşünaslıq və mədəni irs fakültəsinin dekanı prof. Kristina Bogova və əməkdaşları Milli Kitabxanada olublar.
Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov qəbul edib.
Direktor iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilərək bundan sonra da davam edəcəyini bildirib.
Qeyd edək ki, Bolqarıstan Respublikası Kitabxanaşünaslıq və İnformasiya Texnologiyaları Universiteti ilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə 15 oktyabr 2021-ci ildə imzalanıb.
Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.
Sonda qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Shusha – The star of Karabakh” kitabları hədiyyə edilib.