close
icon E-kataloq və kitabxana

Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Milli Kitabxanada qonaq olub

22-05-2023

Mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohammed Al Blooshi Milli Kitabxanada olub. Görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyondan artıq fondu olan Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir.  Görüş zamanı bildirilib ki, Azərbaycan Milli Kitabxanasının Qətərlə və Misirlə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Milli Kitabxana Dubay şəhərində Məhəmməd İbn Rəşid kitabxanasının təşkilində də iştirak edib.

Qeyd olunub ki, bu görüş Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və  əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaqdır.

Səfir görüş zamanı Azərbaycan Milli Kitabxanasının Əbu-Dabi, Dubay, Şarja kimi böyük şəhərləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyindən bəhs etdi.

Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə digər kitablar hədiyyə edilib.

icon

Foto qalereya