30-11-2017
30 noyabr 2017-ci il tarixində Bakı Türk Anadolu Liseyinin IX-XI sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşdular.
Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişdilər. Kitabxananın sərgi zalında yer almış Yeni kitablar sərgisi, Qarabağ sərgisi ilə tanış olmuş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.
Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.
Rəhbərlər Hüseyin Başağa müəllim və Hacı Çoksürer müəllim şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışlar.