close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

21-02-2025

21 fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunan "Beynəlxalq Ana Dili Günü" bütün dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd edilir və hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Milli Kitabxanada bu əlamətdar gün ilə əlaqədar  “21 fevral - Beynəlxalq Ana Dili Günü” adlı virtual sərgi və ənənəvi  kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti haqqında fikirlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti, Dil haqqında aforizmləri, sənədlər, dilçiliklə bağlı tədqiqatlar, dövri mətbuatda çap  olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış omaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixindən, Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Ulu Öndər Heydər Əliyevin mübarizəsindən, Azərbaycan dilinin poetikası, bəzi dilçilik məsələləri, həmçinin dilin tədrisi, dünya dilləri haqqında tədqiqatlar, fransız, italyan, alman, latın, rus və s. dillərində lüğətlər və mövzu ilə bağlı Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, monoqrafiyalar, dərsliklər, elmi əsərlərin toplusu nümayiş olunur.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

 

icon

Foto qalereya