close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanası birgə türk dünyasının böyük şairi, alım və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya h

02-11-2016

Noyabr ayının 2-də Şəki şəhərində “Şəki Palace” Otelində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Şəki Şəhər İcra Hakimiyyəti  və Azərbaycan Milli Kitabxanası birgə türk dünyasının böyük şairi, alım və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunmuş Beynəlxalq Elmi Konfrans,  kitab sərgisi və prof. Ramiz Əsgərin “Qutadqu-bilik. Biblioqrafiya” kitabının təqdimat mərasimini keçirmişdir.

Türk dünyasının böyük şairi, alim və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunmuş kitab sərgisi açılmış,  prof. Ramiz Əsgərin “Qutadqu-bilik. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir. Mütəxəssis və alimlər kitab haqqında öz fikirlərini bildirmişlər.

Beynəlxalq Elmi Konfransı açan kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlamaq üçün sözü Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova vermişdir. O, konfransın işinə uğurlar arzulamışdır.

TÜRKSOY-un Baş katibinin müavini, prof. dr Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə Baş katib adından təşəkkürünü bildirmişdir.

Əhməd Yasəvi Universitetinin İdarə heyətinin sədri, prof. dr. Musa Yıldız, ADPU-nun Şəki filialının müəllimi Vaqif Aslan çıxış edərək böyük türk şairi  Yusif Xas Hacib Balasaqunlu yaradıcılığından söz açmışlar.

BDU-nun Türkologiya kafedrasının müdiri prof. Ramiz Əsgər  “Ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi Yusif Xas Hacib Balasaqunlu” adlı əsas məruzə ilə çıxış etmişdir. Ankara Universitetinin prof. dr. Zülfikar Güngör “İslamiyyətin Türk ədəbiyyatına təsiri: “Qutadqu-bilik” nümunəsi”,  Makedoniya Elmlər Akademiyasının prof. dr. Numan Aruc “Türk-islam düçüncəsinin simvol şəxsiyyətlərini yetişdirən münbit dünya türk dünyası”, Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi, doç.dr. Askar Turganbay  “Qutadqu-bilik” və qazax folkloru”, ADPU-nun professoru Elman Quliyev “Y.Balasaqunlunun “Qutadqu-bilik” əsəri türk bədii təfəkkürünün möhtəşəm abidəsi kimi” mövzuları üzrə məruzə etmişlər.

Sonda xatirə şəkli çəkilmişdir.