close
icon E-kataloq və kitabxana

Azərbaycan professional vokal məktəbinin banisi, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş Elmi konfrans, Milli Kitabxananın hazırladığı “Bülbül. Biblioqrafiya” kitabının və “Bülbül” Elektron məlumat baz

22-12-2017

​Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana ilə birgə  dekabr ayının 22-də Azərbaycan professional vokal məktəbinin banisi, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş Elmi konfrans, Milli Kitabxananın hazırladığı Bülbül. Biblioqrafiyakitabının və BülbülElektron məlumat bazasının təqdimat mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin professional vokal məktəbinin banisi, dünya şöhrətli müğənni Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş, Bülbül irsini özündə toplamış, fundamental biblioqrafiyanın və “Bülbül” Elektron məlumat bazasının hazırlandığını söyləmişdir.

Sonra Bülbülün həyat və yaradıcılığına dair 10 dəqiqəlik film nümayiş olunmuşdur.

Sonra söz Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə verilmişdir. Nazir öz çıxışında dahi bəstəkarın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymasından, musiqimizi dünyada təbliğ etməsindən danışmışdır.

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi,  Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Musiqi  Akademiyasının Elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Milli Konservatoriyanın kafedra müdiri, Xalq artisti, professor Arif Babayev, Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova,  “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov  çıxış edərək mədəniyyətimizin, incəsənətimizin inkişafında, milli musiqi xəzinəmizin  qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasında dahi bəstəkarın müstəsna xidmətlərindən danışmış, Milli Kitabxana tərəfindən tərtib olunmuş “Bülbül. Biblioqrafiya” kitabının əhəmiyyətini qeyd edərək informasiya ilə zəngin olan bu vəsaitin Bülbül yaradıcılığı və irsi ilə maraqlananlar üçün töhvə olduğunu söylədilər.

Kitabxananın şöbə müdiri Rübabə Səfərova Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Bülbül” Elektron məlumat bazasını təqdim etmişdir.  

Dahi sənətkarın ailə üzvləri adından Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Xalq artisti, professor Polad Bülbüloğlu çıxış edərək Bülbül sənətinə verilən yüksək qiymətə, tədbirlərin keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirmiş, Bülbül işığına yığışanlara təşəkkür etmişdir.

Sonda ölməz Bülbülün ifasında dahi Nizaminin sözlərinə bəstələnmiş “Ölkəm” və “Sevgili canan” romansları səslənmişdir.

“Bülbül-Azərbaycan professional vokal sənətinin banisi”  adlı sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.