close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Qırğızıstan Milli Kitabxanasında “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində keçirilən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclasında iştira

17-05-2019

Mayın 17-də Qırğızıstan Milli Kitabxanasında  “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası keçirildi.

İclasda Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Valeryeviç Duda, BAE-nin prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktorunun müavini Aleksandr İvanoviç Vısliy, Qırğızıstan Milli Kitabxanasının direktoru prof. Jıldız Bakaşova,  Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, BAE-nin baş direktoru Mariya Vladimirovna Neryuyeva, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Kairbekovna Ospanova, Belorus Milli Kitabxanasının direktoru Roman Motulski və digər BAE-yə üzv ölkələrin Milli Kitabxana direktorları iştirak etmişlər.

Avrasiya Kitabxanalar Assambleyasının hesabatı haqqında məlumat verilmiş, MDB ölkələrinin kitabxanalarında islahatların aparılması,  cəmiyyətin çoxfunksiyalı sosiomədəni mərkəzlərə çevrilməsi, kitabxanaçı mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq imkanlarının yaradılması və s. məsələlər müzakirə edilmiş, növbəti iclasın 2020-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcəyi qərara alınmışdır.