15-04-2015
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov aprel ayının 14-dən 17-dək keçirilən London beynəlxalq kitab sərgisində iştirak edir.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin və nəşriyyatların Azərbaycan haqqında zəngin informasiyaları əks etdirən nəşrləri nümayiş olunur, videoçarxlar göstərilir.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud və iştirak edirlər.