29-09-2016
Sentyabrın 29-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabilin (Qabil Allahverdi oğlu İmamverdiyev) anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Milli Kitabxana tərəfindən şairin həyat və yaradıcılığını özündə əks etdirən “Xalq şairi Qabil-90” adlı kitab sərgisi açılmışdır. Sərgidə şairin Azərbaycan, rus dillərində kitabları, haqqında yazılmış kitablar, ayrı-ayrı şəxsiyyətlərin şair haqqında söyləmiş olduğu fikirlər, qəzet və jurnal materialları sərgilənmişdir. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.