close
icon E-kataloq və kitabxana

Argentinanın Azərbaycandkı səfirliyinin Missiya rəhbərinin müavini xanım Korina Beatriz Lehman Milli Kitabxanada olmuşdur

27-02-2020

Fevral ayının 27-də Argentinanın Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini xanım Korina Beatriz Lehman Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru prof.Kərim Tahriov qarşılamışdır. Görüş zamanı Argentinanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Milli Kitabxanası arasında yaxın münasibətlərin olduğunu qeyd edən direktor Kərim Tahirov bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Xanım Korina öz növbəsində yenidən Milli Kitabxanada olmaqdan məmnunluğunu ifadə etdi və bu dəfəki ziyarətinin məqsədinin Argentinalı müəllif Rodolfo Dinselin Azərbaycan dilinə tərcümə edimiş “Tanqo rəqsi” adlı kitabının təqdimat mərasimi ilə bağlı olduğunu bildirdi. Daha əvvəl Argentinalı müəllif Adolfo Bio Kasaresin Azərbaycan dilinə tərcümə edilmiş"Morelin ixtirası" kitabının təqdimat mərasiminin Milli Kitabxanada yüksək səviyyədə keçirildiyini bildirən xanım bu təqdimat üçün Milli kitabxananın ən ideal məkan olduğunu qeyd etdi. Kitab haqqında qısa məlumat verən Korina xanım bu kitabın tanqonun tarixindən, tanqo mədəniyyətindən və texnikasından bəhs edən, həmçinin rəqs məktəbləri və tanqo həvəskarları üçün faydalı bir vəsait olduğunu qeyd etdi.

Direktor Kərim Tahirov təklifə müsbət münasibətini bildirdi və yaxın günlərdə Argentinanın Azərbaycandakı səfirinin, Tərcümə Mərkəzinin və digər ziyalıların iştirakı ilə təqdimat mərasiminin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etdi. Görüş zamanı həmçinin Argentina Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında imzalanması nəzərdə tutulan qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu da müzakirə edildi. Prof.Kərim Tahirov memorandumun bu il imzalanacağına ümid etdiyini bildirdi.

Daha sonra sözügedən kitabın təqdimat mərasiminin təfərrüatları barədə danışıqlar edildi və yaxın günlərdə kitabın təqdimatının keçirilməsi barədə razılığa gəlindi.

Sonda xanım Korina Beatriz haqqında bəhs edilən “Tanqo rəqsi” adlı kitabı Milli Kitabxanaya hədiyyə etdi.

Görüşün sonunda xatirə şəkli çəkildi.