19 aprel 2018-ci il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Səbail rayonu M. Rahim adına 7 saylı orta məktəbin 5d, 4a, 4b sinif şagirdlərinin iştirakı ilə “Oxu günü” çərçivəsində tədbir keçirilmişdir. Tədbiri keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
Tədbirdə şagirdlər görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan”, “Bahar və mən”, “Клятва поэта” “Весенняя Песенка” və s. azərbaycan və rus dillərində şeirlərini söyləmişlər. Onlar Açıq kitabxanada açılmış ilk xalq şairi Səməd Vurğunun yaradıcılıgından bəhs edən kitab sərgisi ilə tanış olmuşlar və Milli Kitabxananın binasına ekskursiya etmişlər. Şagirdlər kitabxananın sərgi zalında yer almış “Azəbaycan Xalq Cümhuriyyəti-100”, “Ramiz Mehdiyev-80”, ”Bakı Prosesi-10”, “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə tanış olmuşlar. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq şagirdlərdə kitaba böyük maraq hissi oyatmışdır. Onlar kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almışlar.
7 saylı orta məktəbin şagirdləri və kitabxanaçısı Sofiyeva Elmira Milli Kitabxanada keçirtdikləri vaxtdan çox məmnun qalmışlar və kitabxananın rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Sonda xatirə şəkli çəkilmişdir.