Bu gün “Beynəlxalq kitab bağışlama günü”dür.
Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” (“International Book Giving Day”) 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.
Beynəlxalq kitab bağışlama günü uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.
“Beynəlxalq kitab bağışlama günü” münasibətilə “Cahan” uşaq bagçasının balacaları Milli Kitabxananın qonağı olmuş, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Beynəlxalq kitab bağışlama günü”nü qeyd etmişlər.
Balacalara kitab hədiyyə olunmuş, onlar da öz növbələrində Açıq Kitabxananın fonduna kitab hədiyyə etmişlər. Müəllimə Fəttahova Nərmin xanım burada keçirtdikləri vaxtdan çox məmnun qalan balacalar adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirmiş və uğurlar arzulamışdır.
Sonda qonaqlar xatirə şəkli çəkdirmişlər.