close
icon E-kataloq və kitabxana

Suraxanı rayonu D. Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin VI-VII sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olublar

11-02-2025

Fevralın 11-də Suraxanı rayonu D. Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin VI-VII sinif şagirdlərinin Milli Kitabxanaya ekskursiyası təşkil olunub.

Şagirdlər əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin xatirə guşəsini ziyarət ediblər, burada onlara Ulu Öndərin Milli Kitabxanaya səfərləri, guşədə nümayiş olunan kitablar, fotoşəkillər haqqında məlumat verilib.

Məktəblilərə  Milli Kitabxanaya yazılma və istifadə qaydaları izah edilib, onlara kitabların axtarışı, sifarişi, elektron sənədlərdən istifadə, kitabxananın tarixi, binası, fondu haqqında ətraflı məlumat verilib.

Şagirdləri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılıb.

“Əməkdar elm xadimi Əziz Mirəhmədov – 105” adlı kitab sərgisi ilə tanışlıqdan sonra şagirdlər kitabxananın “Tələbə  gənclər zalı”,  “Uşaq otağı və uşaq istirahət guşəsi”, “Açıq kitabxana”- sərbəst mütaliə bölmələrində, “Nadir kitablar və kitabxana muzeyi”, ”Not nəşrləri və səsyazmaları“ şöbələrində olublar. 

Sonda məktəbin ədəbiyyat müəllimi Gözəl Məmmədyarova və kitabxana müdiri Aytən Məmmədova maraqlı ekskursiyaya görə minnətdarlığını bildiriblər.

icon

Foto qalereya