10 may 2018 - ci il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada “Şərəfli ömrün kitabla bağlı anları” adı altında tədbir keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin tələbələri və gənc oxucular iştirak etmişdir. Kitabxananın direktor müavini Ədibə İsmayılova tədbir iştirakçılarına Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, gənc nəslə azərbaycançılıq məfkurəsinin aşılanması istiqamətində Heydər Əliyev irsinin, onun və onun haqqında nəşr olunan kitabların gənclərin həyatında mühüm rol oynadığını vurğulamışdır.
Milli Kitabxananın kollektivi tərəfindən Ulu Öndərin xatirəsini əbədiləşdirmək istiqamətində keçirilən tədbirlər davam edir.