18-09-2017
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günündə qeyd edilən bu əlamətdar tarixin əhəmiyyətindən danışıb, 10 ilə yaxındır ki, Milli Kitabxananın da bu işdə fəal iştirak etdiyini vurğulayıb.
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi Üzeyir bəyin milli musiqi xəzinəmizə verdiyi töhfələrdən söz açıb. Bu əlamətdar gün münasibətilə müxtəlif mədəniyyət, təhsil müəssisələrində keçirilmiş və keçiriləcək tədbirlər haqqında məlumat verib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.