2 fevral 2018-ci il tarixində saat 12:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Gəncliyimiz sabahımızdır” adlı tədbir keçirilmişdir.
Tədbirdə 8 saylı məktəbin 8a sinif şagirdləri iştirak etmişlər. Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Gənclər gününün yaranma tarixindən, ölkə başçısı İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara ölkəmizin sayılan gəncləri sırasında olmalarını arzulamışdır.
Tədbirdə həmçinin kitab və dövri mətbuat sərgisi təşkil edilmişdir. Gənclər şərgilənən ədəbiyyatlarla tanış olmuş, sonda xatirə şəkli çəkdirmişlər.