10-12-2024
1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilib. Hər il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd edilir.
İnsan haqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
Ölkəmizdə də İnsan Hüquqları günü yüksək səviyyədə konfranslar və görüşlər, həm də insan hüquqları məsələlərinə həsr olunmuş mədəni tədbirlər və sərgilərlə qeyd olunur.
Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır. Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа qoşulub. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Bu hadisə özü də onu göstərir ki, ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur və xüsusi diqqət edilir.
Bu günlə əlaqədar olaraq Milli Kitabxanada “10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə beynəlxalq insan hüquqları haqqında fotolar, dövri mətbuatda çap olunana məqalələr, Müasir beynəlxalq insan hüquqları haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm linkindən istifadə edə bilərlər.