17-04-2023
Aprelin 17-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyinin nəşr etdiyi Anarın çoxcildlik “Söz dünyası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir zamanı Xalq yazıçısı Anarın yaradıcılığından bəhs edən çıxışçılar Anarı türk dünyası ədəbiyyatının vizit kartı, bu günümüzün canlı klassiki adlandılar. Anarın yaradıcılığı çoxşaxəlidir. O, beynəlxalq aləmə çıxan bir yazıçıdır. Böyük ədəbiyyatşünas, ssenarist, rejissor və folklorşünasıdr. Anar əsri-əsrə, nəsli-nəslə calayan, ədəbiyyat üçün çox işlər görən yazıçıdır. Bizim milli yaddaşımızın ən böyük bərpaçılarındandır. “Söz dünyası” kitabı bütün Azərbaycan ədəbiyyatının söz dünyasıdır. Anar həm də çox yaxşı filosof, ədəbiyyatşünas olub. Bu böyük istedadın, zəhmətin göstəricisidir.
Mədəniyyət Nazirliyinin nəşr etdiyi “Söz dünyası” beşcildliyinə müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. Kitabın I, II, III, IV cildləri qədim zamanlardan bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. V cild maarif, mədəniyyət, mətbuat məsələlərinə həsr olunub.
Sonda tədbir iştirakçılar “Xalq yazıçısı Anar” adlı Elektron məlumat bazası və eyniadlı geniş kitab sərgisi ilə tanış oldular.