close
icon E-kataloq və kitabxana

V Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası çərçivəsində növbəti tədbirlər

29-09-2017

Sentyabr ayının 29-da Milli Kitabxanada V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfrans,  TÜRKSOY-la birgə Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunmuş “Molla Pənah Vaqif dünya dillərində” kitabının təqdimatı və  Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxana və Arxivi arasında Memorandumların imzalanma mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və yarmarka çərçivəsində keçirilən beynəlxalq elmi konfransa qatıldığı üçün həmkarlarına təşəkkürünü bildirmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinın birinci müavini  Vaqif Əliyev konfrans iştirakçılarını salamlamış, keçirilən beynəlxalq konfransların təcrübə müdabiləsində əvəzsiz xidmətlərindən danışmışdır. Mədəni əlaqələrin qurulması, inkişafının önəmindən danışan nazir müavini bu istiqamətdə milli kitabxanaların xidmətlərini xüsusi vurğulamışdır.

Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxana və Arxivi arasında Memorandumların imzalanma mərasimi keçirilmiş, Rusiya Milli Kitabxanasının direktoru Aleksandr Vislıy və Misir Milli Kitabxana və Arxivinın sədri Əhməd Əl-Şuki  milli kitabxanalar arasında əməkdaşlığın daha da genişlənməsinin, kitab mübadiləsinin, qarşılıqlı kitab sərgilərinin, konfransların keçirilməsinin vacibliyini vurğulamışlar.

TÜRKSOY-la birgə Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunmuş “Molla Pənah Vaqif dünya dillərində” kitabının təqdimat mərasimində TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı çıxış edərək Baş katib Düsen Kaseinovun salamlarını tədbir iştirakçılarına çatdırmışdır. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirmiş, TÜRKSOY-un təltiflərini təqdim etmişdir.

Ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2017-ci ilin YUNESKO-tərəfindən,  türk dünyasında isə TÜRKSOY tərəfindən Molla Pənah Vaqif ili elan olunmasını xatırlatmış,  şairin zəngin yaradıcılığından danışmışdır.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov  çıxış edərək türk dünyasının dahi şəxsiyyətlərinin yad edilməsinin önəmini vurğulamışlar.

“Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlamışdır.

Azərbaycan Milli Kitabxanasının direktor müavini  Ədibə İsmayılova “Oxucuların elektron informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının rolu”, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman  “Modern dünyada mütaliə problemlərində sosial-mədəni əlaqələr”, Misir Milli Kitabxana və Arxivinin sədri, dok Əhməd Əl-Şuki  “Misirin Milli Kitabxana və Arxivi: yeni baxışlar”, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Vislıy “Rusiyanın milli elektron kitabxanası”, Malayziya Milli Kitabxanasının baş direktoru Nafisah binti Əhməd  “Oxuculara kitabxana-informasiya  xidmətinin təşkilində innovasiyaların rolu”, Moldova Milli Kitabxanasının baş direktoru Yelena Pintiley  “Moldova Respublikasının kütləvi kitabxanalarının işində innovasiya prosesləri və yeni metodlar”, Bosniya və Herseqovinanın milli və universitet kitabxanasının direktoru, dok.İsmet Ovcina “Yeni informasiya texnologiyalarının kitabxanalara təsiri”, Belarus Milli Kitabxanasının direktor müavini, pedaqoji elmlər namizədi, dosent Tatyana Кузминич “Belarus kitabxanalarının informasiya-resurs bazalarının korporativliyi  həmin kitabxanaların uğurlu inkişaf şərtidir”, Britaniya kitabxanasının Türk dili və türkdilli kolleksiyalar üzrə kuratoru Michael Erdman “Keçmişə baxış: qeyri-standart şriftlərdə erkən Sovet türk nəşrlərinin kataloqlaşdırılması”, ABŞ-ın Koliforniya ştatının Los Anceles Universitetinin (UCLA) kitabxanasının Orta Şərq, Cənubi və Mərkəzi Asiya, Qafqaz və islamşünaslıq üzrə kitabxanaçısı Devid HörşUCLA kitabxana kolleksiyaları: ənənəvi və innovative”, Özbəkistan Milli Kitabxanasının Nəşriyyat-poliqrafiya xidmətinin rəhbəri Farrux Musayev  “Özbəkistan Milli Kitabxanasının nəşriyyat fəaliyyəti” adlı məruzə ilə çıxış etmişlər.
 Albom: V Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası-2.