22-11-2016
Noyabr ayının 22-də Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi və Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni Azərbaycan Milli Kitabxanasında olmuşlar.
Qonaqları Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir.
Görüşdə hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi bildirilmişdir.
Misir Milli Kitabxanası və İskəndəriyyə kitabxanası ilə əlaqələrindən danışan direktor hər iki kitabxana ilə qarşılıqlı kitab mübadiləsi aparıldığını söyləmiş, Misir Mədəniyyət Mərkəzi ilə birgə layihələrdən danışmışdırr.
Qonaq bütün ərəb dünyasına yayılan, baş redaktoru olduğu “Ədəbiyyat xəbərləri” qəzeti haqqında qısa məlumat verdikdən sonra Azərbaycan Milli Kitabxanasını əməkdaşlığa dəvət edərək kitabxana haqqında materialları qəzetə göndərməyi tövsiyyə etmişdir.
Qonaqları kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onları həm də kitabxananın yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış etmişdir. Qonaqların sualları ətraflı cavablandırılmışdır.
Baş redaktor “Açıq kitabxana”nada “Xatirə kitabı”na öz ürək sözlərini yazmışdır.
Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Bakı haqqında məlumat kitabı, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitabları qonağa hədiyyə verilmişdir.