close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Treninq mərkəzində keçirilən “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur

07-10-2015

Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada mütəmadi olaraq 10 günlük treninqlər təşkil edilir.

28 sentyabr - 07 oktyabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva, Milli Kitabxananın digər əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Qobustan, Beyləqan, Xocalı, Mingəçevir, Göygöl, Şəmkir, Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və  F.Köçərli adına Respublika Uşaq kitabxanasının mütəxəssislər iştirak edirdilər.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar. Sonda müdavimlərə sertifikatlar təqdim edilmişdir.