close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada V Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası çərçivəsində növbəti tədbir

30-09-2017

Sentyabr ayının 30-da Milli Kitabxanada V Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkasında  xarici ölkələrin Milli Kitabxanaları tərəfindən nümayiş edilən  kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsi  mərasimi keçirilmişdir. Tədbirdə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Malayziya, Bosniya və Herseqovina, Moldova, Belorus, Özbəkistan Milli Kitabxanasının, ABŞ-ın Los Anceles universitetinin kitabxanasının direktorları və əməkdaşları iştirak etmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, Milli Kitabxananın dəvətini qəbul edən, çağırışına səs verən həmkarlarına bir daha təşəkkürünü bildirmişdir. O, beynəlxalq kitab sərgi yarmarkası çərçivəsində keçirilən beynəlxalq elmi konfransın uğurlu keçdiyini bildirmiş,  bütün çıxışçılara minnətdarlıq etmiş, belə tədbirlərin əhəmiyyətindən danışmış, tədbirlərdə həmkarlar arasında təcrübə mübadiləsi ilə yanaşı sərgi-yarmarkanın sonunda milli kitabxanalar tərəfindən  sərgidə nümayiş olunan kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasının üstünlüklərini, tədqiqatçılar üçün böyük töhfə olduğunu qeyd etmişdir.

Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Malayziya Milli Kitabxanasının baş direktoru Nafisah binti Əhməd, Moldova Milli Kitabxanasının baş direktoru Yelena Pintiley, Bosniya və Herseqovinanın milli və universitet kitabxanasının direktoru İsmet Ovcina,Britaniya kitabxanasının Türk dili və türkdilli kolleksiyalar üzrə kuratoru Michael Erdman,ABŞ-ın Koliforniya ştatının Los Anceles Universitetinin (UCLA) kitabxanasının Orta Şərq, Cənubi və Mərkəzi Asiya, Qafqaz və islamşünaslıq üzrə kitabxanaçısı Devid Hörş,Misir Milli Kitabxana və Arxivinin sədri  Əhməd Əl-Şuki, Özbəkistan Milli Kitabxanasının Nəşriyyat-poliqrafiya xidmətinin rəhbəri Farrux Musayev, Belorus Milli Kitabxanasının direktor müavini tatyana Kuzminiç çıxış edərək tədbirə dəvət aldıqlarına görə həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Azərbaycan Milli Kitabxanasına minnətdarlıqlarını bildirmişlər.

Moskva şəhərindən olan Beynəlxalq Kitabsevərlər İttifaqının təmsilçisi Lyudmila Şustrova öz şəxsi təşəbbüsü ilə sərgi-yarmarkada nümayiş etdirdiyi, Azərbaycan Milli Kitabxanasının fondunda olmayan  20 nüsxədən artıq kitabı Azərbaycan Milli Kitabxanasına təqdim etmişdir.

Albom: V Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası - 3.