close
icon E-kataloq və kitabxana

May ayının 31-də Milli Kitabxanada Özbəkistanın Xalq şairi Camal Kamalla görüş keçirilmişdir.

31-05-2017

May  ayının 31-də Milli Kitabxanada Özbəkistanın Xalq şairi Camal Kamalla görüş keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. Əvvəlcə o, Azərbaycan və özbək xalqları arasında olan ədəbi və mədəni əlaqələrdən danışmış, görkəmli şair Camal Kamalın şeirlərinin Azərbaycan oxucuları tərəfindən sevilərək oxunduğunu bildirmişdir.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək şairin Azərbaycan ədəbi nümunələrini özbək dilinə tərcümə etdiyini, hazırda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə” əsərini  özbək dilinə çevirdiyini, artıq “Sirlər xəzinəsi” və “Leyli və Məcnun”un özbək dilində işıq üzü gördüyünü, onun yaradıcılığında tərcüməçiliyin böyük rol aldığını söyləmişdir.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filol. elmləri doktoru  Almaz Ülvi çıxış etmişdir.
Söz şairə verilincə o, Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına vurğun olduğunu bildirmiş, tədbir iştirakçılarının suallarını cavablandırmış, görüşə gələn hər kəsə minnətdarlıq etmişdir.
Görüşün sonunda 50-dək müasir Özbək ədəbiyyatı nümunələri Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir.
Sonda tədbir iştirakçıları özbək ədəbiyyatı Azərbaycan dilində, Azərbaycan ədəbiyyatı özbək dilində olan kitablardan ibarət sərgi ilə tanış oldular.