26-02-2025
Xocalı faciəsi kimi, kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi hazırlanıb. İngilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlərhttp://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edə bilərlər.