close
icon E-kataloq və kitabxana

Bu gün görülən bütün işlər Azərbaycanın parlaq gələcəyi naminə atılan addımlardır

18-04-2022

12 aprel  2022-ci il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirə postmüharibə dövrünü geridə qoyan Azərbaycanın son üç ay ərzində qarşıya qoyulan məqsəd və vəzifələrinə,  uğurlarına həsr edilmişdir.

Cari ildə Azərbaycanın  Beynəlxalq təşkilatlardakı iştirakı sözün əsl mənasında təqdirəlayiqdir. Azərbaycan bu sferada özünü layiqincə təmsil edə bilmişdir. Azərbaycanın leyhinə qəbul edilmiş qərarlar buna bir daha sübutdur.  Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbirin təşkili  BMT-nin ölkəmizin ərazi bütövlüyünü tam tanıması baxımından olduqca əlamətdar tarixi hadisə olmuşdur.  

Azərbaycanın beynəlxalq təşkilatda iştirakı Qoşulmama Hərəkatının adı ilə bağlı olmuşdur. Hazırda Azərbaycanın sədrlik etdiyi hərəkat həm müharibədən əvvəl, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuş bununla da ədalətli mövqeyini göz önünə sərgiləmişdir.

Ölkəmizin digər beynəlxalq təşkilatla işbirliyi İslam Əməkdaşlıq Təşkilatı ilə bağlı olmuşdur. Belə ki, Azərbaycanın 1991-ci il dekabr ayında üzv olduğu təşkilat  işğal dövründə dəfələrlə  bizim mövqeyimizi əks etdirən qərarlar qəbul etmişdir. Bundan başqa qurumun rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.

Beynəlxalq münasibətlər çərçivəsində daha bir irəliləyiş ATƏT-in adı əlaqədardır. Uzun müddət Azərbaycan-Ermənistan arasındakı münaqişənin həlli üçün çalışan Minsk qrupunun daxil olduğu ATƏT bu gün müharibədən sonrakı reallığı qəbul etmişdir ki, bu da siyasi cəhətdən çox vacib nüansdır.

Azərbaycan-Ermənistan arasında əlaqələrinin normallaşmasında Avropa İttifaqının rolunu sözsüz ki, unutmaq olmaz. Avropa Şurasının Prezidenti Cənab Ş.Mişellə dekabr,  aprel aylarında  görüşlərin müsbət nəticəsi sayəsində son 30 ildə  ilk dəfə Azərbaycan-Ermənistan xarici işlər Nazirləri arasında telefon danışığının olması görülən işlərin müsbətyönlü olduğuna bir daha sübutdur.

44 günlük müharibənin ardından mövcud vəziyyəti analiz edərkən Azərbaycanda ordu quruculuğunun  yenidən təşkilinə ehtiyac olunduğu müəyyən edilmişdir. Və bu sahədə qısa zaman kəsiyində ciddi işlər görülmüşdür. Belə ki, Xüsusi təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılmış, Müdafiə Nazirliyində struktur islahatları aparılmış, yeni qoşun növü – Komando (Hadrutda hərbi baza açılmışıdır) yaradılmışdır. Müharibədən sonra Türkiyə və İsrail ilə imzalanan müqavilələrin bir qisminin icrası da başa çatmışdır.

Bu gün İkinci Qarabağ  müharibəsinin ardından işğaldan azad olunmuş ərazilərdə,  yerlə-yeksan olunmuş torpaqlarımızda  başlamış bərpa-təmir işləri öz axarı ilə davam etməkdədir. Bu ərazilərdə minaların təmizlənməsi prosesi sürətləndirilmişdir. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, ermənilərin bu torpaqlarda basdırdıqları minalardan 200-dən çox insan zərər görmüş hətta bir qismi həyatını itirmişdir. Məhz buna görə təhlükəli ərazilərə özbaşına giriş qadağan olunmuşdur. Cari ilin ilk rübündıə görülən işlərdən biri də Ağdam və Füzuli şəhərləriilə əlaqədar olmuşdur. Şəhərin baş planı təsdiqlənmiş, təsdiqlənmiş plana əsasən görüləcək işlərə start verilmişdir. Bərpa strategiyasının əsasını təşkil edən yol inftastrukturunun strategiyası müəyyən edilmiş, İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərin tikintisi ilə bağlı imzalar atılmışdır. Həmçinin  işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatının inkişafı nəzərdən qaçmamış, bu yöndə planlar önə sürülmüşdür.

Daim dövlətin diqqət mərkəzində qalan  şəhid ailələri və əlillər cari il ərzində də diqqətdən kənarda qalmamış,  onlar üçün tikilmiş mənzilların sayı əvvəlki illərə nisbətdə daha da artmışdır.  Müharibədə fiziki imkanlarından məhrum olmuş190 qazimiz yeni nəsl protezlərlə təmin edilmiş, qazilər üçün ayrılmış müalicə proqramı uğurla həyata keçirilmişdir.  Bütün bunları əlbəttə ki,  Azərbaycan öz daxili gücü hesabına etmişdir. Azərbaycanın xarici ticarət dövriyyəsi artmış, borclarımız azalmış, valyuta ehtiyatlarımız kəskin şəkildə artmışdır.

Azərbaycanın inkişaf strategiyasında  yaxın gələcək üçün  qarşıya qoyulan planlarında Zəngilan Beynəlxalq hava limanın istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad olunmuş yerlərdə 9 elektrik yarımstansiyaların tikilməsi elektrik stansiyaları ilə prespektiv planların qarşıya qoyulmasına zəmin yaratmışdır. Külək elektrik stansiyaların tikilməsi labüd bilinmişdir. Təkliflər sırasında  Kəlbəcər və  Laçın rayonlarında külək elektrik stansiyaların tikintisi önə sürülmüşdür. Bü gün hətta  bu işlə bağlı xarici şirkətlər tərəfindən gələn təkliflər dəyərləndirilməkdədir.

Sevindirici haldır ki, bütün dünyada mövcud olan durğunluq müstəvisində Azərbayacan yetəri qədər böyük işlər görmüşdür. Məqsəd vaxtilə yurdundan didərgin düşmüş insanları öz torpaqlarına geri qaytarmaq,  onların oradakı həyat səviyyəsini yüksəltmək, Azərbaycanın beynəlxalq arenadakı yerini möhkəmlətməkdir. 

                                                                                                                                 Ədibə İsmayılova             

                                                                                         Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı

                                                                                                   “Xəqani 57” ərazi     partiya təşkilatının sədri